Sirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.

Göz yaşın saxlamaq olsaydı kəsərdim güzərin,Dəxi ruxsarıma, ey sərv, rovan ettməz idim.

Dözmək olsaydı əgər dərdü qəmi-hicranə,Gizlədərdim, onu xəlq içrə əyan etməz idim.

Hasil olsaydı əgər qeyrilə cəmiyyəti-dil,O səri-zülfti-pərişanda məkan etməz idim.

Dolmasın əşk ilə çeşmim, edə bilsəydim əgər,Özümü boş yerə rüsvayi-cahan etməz idim.

Baxa bilsəydim əgər qönçəyə sənsiz, bu qədər,Fikri-ləlinlə dəxi bağrımı qan etməz idim.

Макта — последний бейт с тахаллусом поэта. Bilməsəydim var əgər tiri-məlamət Yusif,Könlümü talibi-əbruyi-kaman etməz idim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви