Könlüm xoş olur ol büti-zibayə baxanda
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Könlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.
Nitqin görüb əşkim hünəri düşdü gözümdən,Bir qətrədi bu bəhr o dəryaya baxanda.
Çeşmim baxa bilməz o dilaraya doyunca,Əlbəttə ki, göz xirələnir Aya baxanda.
Məşuqunə bir kəs baxa, aşiq həsəd eylər,Mən xoşlanıram xəlq o dilaraya baxanda.
Vəsl istə, behişt istəmə, ey zahidi-bizövq,Dəyməz bu təmənna o təmənnaya baxanda.
Hicran ələmi zövqi-vüsal artırur, ancaqSurət necə əlzəmdir o mənaya baxanda.
Макта — последний бейт с тахаллусом поэта. Yusif, nə qədər fikr edəsən eşqdən özgə,Bir faidəsi yoxdu bu dünyaya baxanda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ebdulxaliq-yusif-konlum-xos-olur-ol-buti-zibaye-baxanda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarındaMüsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
Nihani bəslənir ləlin xəyalı can arasındaNihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.