Bütün aləm öz gücündə, işində,Mən qalmışam tənhalığın əlində.Bu axşamlar canım üçün düşürlər,Bu səhərlər canım üçün gəlirlər.

Canım üçün gətir aylar, fəsillər,Boz illəri deməyirəm hələ mən.Təklik yağır görkəmimdən, səsimdən,Təklik qonub ayağıma, əlimə…

Kölgəm kimi o arxamca dolanır,Üstümdədir daim soyuq nəfəsi…İblisə bax, istəyir ki, ola o,Mənə əziz Səfuramın əvəzi…

Doğrayardım keçsə idi əlimə,Amma gözə görünməyir o iblis.Oğullarım hey yanıma gəlirlər,Gecə-gündüz mənimlədir birisi…

Yenə məndən o çəkməyir əlini,Öz balamın evində də təkəm mən…Qabağıma xörək qoyur gəlinim,O xörəyi yeyəndə də təkəm mən…

Qaşığım da, çəngəlim də təklənib,Təklənibdir nəyim varsa, nəyim yox…Ömrüm tamam təklik üstə köklənib,Yeyir məni, üzür məni, heyim yox…

Hara baxsam, durub baxır gözümə,Olub yorğan-döşəyimə şərikli…Ayrı vaxtı bir təhərlə dözürəm,Uyuyanda quduzlaşır bu təklik…

Öz toruna salıb məni elə bil,Çaynaqları dərindədir, dərində…İlan olub çalır məni elə bil,Sübhə kimi qovruluram yerimdə…

Yuxumda da təklik girir yuxuma,Yuxuda da tənhayam mən, təkəm mən.Məni anlar tənhalığın oxuna,Düçar olub bu əzabı çəkənlər…

Deyirlər ki, evlənginən yazıqsan,Bəlkə ağrı-acıların düzəldi…Tez təkliyə sığınıram acıqdan,Tez təklikdən yapışaram yüz əlli…

Deyirəm ki, uzaq getmə amandır,Səfuramı itirirəm yenidən.Sən daima başım üstə dayan, dur,

Gözəl təklik, tənha qoyma məni sən…

Sən heç demə qayda imiş binadan,Günah yoxmuş nə gedəndə, gələndə…İnsan, demə, cüt doğulur anadan,O da ölür, ömür dostu öləndə…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов