Özümə yamanlıq edən adamam…
Bu dövrün adamı deyiləm ki, mən,Çox köhnə adamam, qədim adamam…Özgəyə həmişə yaxşılıq edən,Özünə yamanlıq edən adamam…
Əyilə-əyilə ucalmadım mən,Kimsəyə tikan da saplamamışam…Hər kəsin əlindən pay almadım mən,Heç kəsin haqqını tapdamamışam…
Belə ürəkdə də heç insan olar,Əsla gəlməmişəm mən öz karıma?!.Elə ki, əlimdə bir imkan olar,Zərbə endirərəm imkanlarıma…
Özünə xidməti günah sayıram,Nəfsimi tuturam, xəbərləyirəm…Özümü özümdən oğurlayıram,Xeyrimin yolunu çəpərləyirəm…
Anam deyərdi ki, eynən atamam,Ona oxşayıram bu xislətimlə…Özünə yamanlıq edən adamam,Bacara bilmirəm təbiətimlə…
Çox-çox şansım olub ötürmüşəm mən,
Qibtə eləmişəm düzü özümə…Seçib bilə-bilə götürmüşəm mən,Əlanı dostuma, pisi özümə…
Hamı öz xeyrini düşünür əfsus,Külü qabağına çəkir birinci…Nə ki dərdlərim var özümə məxsus,Yadların sevinci mənim sevincim…
Uyuşa bilmirəm zəmanəyə mən,Çox köhnə adamam, qədim adamam…Özgəyə həmişə yaxşılıq edən,Özünə yamanlıq edən adamam…
Sifətlər görmüşəm, üzlər görmüşəm,Yenə qorumuşam öz sifətimi…Nə qədər eqoist kəslər görmüşəm,Dadmışam çoxunun kin-nifrətini…
Heç xeyirxahlığa məhəl qoymayan,Kütə, nadana da yaxşı olmuşam…Məni istəməyən, məni saymayan,Mənə yamana da yaxşı olmuşam…
Bunun şahididir yadlar, əzizlər,Bilirlər, tikansız, tıxsız adamam…Bir özümdən qeyri, özümdən özgə,Hamıya, hamıya məxsus adamam…
Bu mənim varımdır, mənim yoxumdur,İstəyim, ümidim, pənahım mənim…Bu mənim bəlkə də xoşbəxtliyimdir,Bəlkə bədbəxtliyim, günahım mənim…
Bunu başa düşməz,qanmaz hər yetən,Babalar yoluyla gedən adamam…Özgəyə həmişə yaxşılıq edən,Özünə yamanlıq edən adamam…
1993.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-ozume-yamanliq-eden-adamam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaxşı ki, yırtıldı bütün pərdələr,Yaxşı ki, çoxunun içini gördüm…
Yurduna ağlayan anaSoyuq çadıra sığınıb,Dizin qucaqlayan ana…
Dəli kimi bayılmağım gəlir hərdən…Dava gedir məmləkətdə, qanlı dava,Dava ilə nəfəs alır bu el, oba.
Nə gündəydi, indi qalıb nə günə…Nə gündəydi, indi qalıb nə günə,Gözdən düşüb gözdə olan-bu millət.
Стихи других поэтов
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Məxı istəmənəm dərdimi cananə desinlərMəxı istəmənəm dərdimi cananə desinlər,Əhvalımı ol zülfi-perişanə desinlər.
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.