Soyuq çadıra sığınıb,Dizin qucaqlayan ana…Unudub şəhid oğlunu,Vətənə ağlayan ana…

Bilirəm yadlar əlindəƏsirdir elin, mahalın…Deyirsən:-məni öləndəQəbiristanımıza aparın…

O yerdədir, ağrın alım,Köküm, əqrəbam, nəslim.Qovun qanlı yağılarıMəni o yerdə basdırın…

O yerlərsiz mən nəçiyəm,O yerlərsiz nə qiymətim…Ölməsəydi bircəciyim,Çin olardı vəsiyyətim…

El dərdidir mənim dərdim,Vətənsizəm, ağrın alım…Kişim ölüb o yerlərdəGedim qəbrini axtarım…

Tale bizə gör nə yazıb,Taleyə asısan ana…Vətən analar anası,Ana balasısan, ana…

Hamımız məhkum ölümə,Vətən sağ olmayan yerdə…Biz kimə gərəyik, kimə,Bu torpaq olmayan yerdə…

Elə həsrətlə danışdın,Allahlaşdın nəzərimdə…Sən ətəyimdən yapışdın,Mən əyildim hüzurunda…

Dünyada mənə hələ sən,Vətənsiz bir insan göstər…Oğul dərdinə dözərlər,Vətən dərdinə dözməzlər…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине