Dava gedir məmləkətdə, qanlı dava,Dava ilə nəfəs alır bu el, oba.Dava ilə ötürürük ili, ayı,Şəhidlərin yüzmü sayı, minmi sayı,İtkinlərin itirmişik hesabını,İtirmişik ömrümüzün nizamını,Azərbaycan neçə yerdən alıb yara,Torpaqları tikə-tikə, para-para…Neçə oba, neçə oymaq çıxıb əldənDəli kimi bayılmağım gəlir hərdən…Qan qardaşım, dözmək daha olmaz buna,Gərəkdir ki, canımızın bahasına,Vəhşilərdən təmizləyək bu vətəni,

Düşmən quldur, düşmən alçaq, düşmən dəli,O susuyub xalqımıza nəsil-nəsil,Uşaqların başlarını daldan kəsir,Qız-gəlini dirigözlü oda atır.Cavanların cəsədindən ocaq satırQisas alır bacımızdan, anamızdan,Kasa-kasa içsə, doymaz qanımızdan…Dava gedir məmləkətdə, qanlı dava,Dava gedir, buna ürək dözmür daha.Hamımızın tarımdadır əsəbləri.İki yaşlı Təbriz nəvəm qəzəblənir,«Əsgər marşı» deyə-deyə fəğan edir,Neçə ildir ana yurdum tuğyan edir,Belə qorxunc, belə ağır, çətin gündə,Dava gedir evimizin içində də,Vəzi kəslər yurdu yağlı tikə sayır,Bilə-bilə neçə yerə parçalayır…Ayırırlar küçələrə, dalanlara,Ləbbey deyir, urra deyir qalanları…Ən dəhşətli dava budur, zülm budur,Bu, erməni fitnəsindən qorxuludur…Hər biri də öz-özünə yığır dəstə,Didişirlər mənsəb üstə, stol üstə,Neçə-neçə xain, xəbis ifşa olur,Təzələri zühür edir, peyda olur…Boşboğazlar kürsülərdə döyür döşə,Yerlibazlıq, mənəmbazlıq düşüb işə…Gör nə qədər vəkili var bir millətin,İçimizdə gedən dava daha çətin,Əsr-əsr geri qoyub bizi heyhat…Öz gülləmiz daha iti , daha sərrast,Daha güclü, daha yönlü, daha dəqiq,Nə bir dərman, nə bir loğman, nə bir həkim,Sağaltmayıb bu güllənin yarasını,Bu gülləylə ata vurub balasını,Bu gülləni satqın atıb millətinə,Nə deyəsən beləsinin qeyrətinə…Ta az qalıb, qələbənin havasını,Hiss edirik çətin yollar keçə-keçə…«Bizimkilər» barı ara davasını,Saxlasınlar əsl dava bitənəcən…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине