Gəlin-qaynana…
Qəbiristanda da anamla yoldaşımyan-yana uyuyurlar…
Yan-yana uyuyur gəlin-qaynana,Biri ömür dostum, biri yoldaşım…Torpaq onları da aldı qoynuna,Əyildi qamətim, ağardı başım…
İkisi bir ildə getdi dünyadan,Birdən hər ikisi xəyala döndü…Getdi iki əziz müqəddəs insan,Ömrümün iki gur ulduzu söndü…
Deyirlər ev evə sığışar inan,Sığışmaz bir evə qaynana, gəlin.Deyirlər onların başdan-binadan,Torpağı bir yerdən götürülməyib…
Bəşəri bir dərddir gəlin, qaynana,Necə mənasını açım mən onun?Eh, kimlər düşməyib onun oynuna,Yurdlar viran qalıb hökmündən onun…
Qızlar olublar ki, günahsız, təmiz,Yad evə köçdümü kinə dönüblər…Analar nə qədər ki, anadır əziz,Qaynana oldumu cinə miniblər…
Yan-yana uyuyur gəlin-qaynana,Onlar həyatda da yan-yana oldu…Yan-yana uyuyur yoldaşım-anam,Onlar həyatda da mehriban oldu…
Otuz il bir evdə yatıb-durdular,Otuz il bir yerdə çörək yedilər…Nə bir-birindən incik oldular,Nə bir-birinə yaman dedilər…
Nə bir yol sözləşib savaşdı onlar,
Nə aralarında sərinlik oldu…Görənlər dedilər min yaşasınlar,Bax, bu qaynanalıq, gəlinlik oldu…
Torpaq onları da aldı qoynuna,Uçdular, getdilər bir yuxu kimi.Yenə yan-yanadır gəlin, qaynana,Bir vaxt torpaq üstə olduğu kimi…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-gelin-qaynana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə ki, gücüm vardı yığdım,Minlərlə lal-kar içindən…
Pulu olmayanı saymırlar, oğlumƏzizim Müşviqə.*Pulla qiymət verir hamı insana,
Ay Əbülhəsən…Qar düşdü yerlərə, soyudu torpaq,Bayırda şaxtadır, ay Əbülhəsən!..
Bulaq suyu, dağ havasıİki kəlmə, adi, sadə,Bulaq suyu, dağ havası.