Qar düşdü yerlərə, soyudu torpaq,Bayırda şaxtadır, ay Əbülhəsən!..Gedək canımızı qızdıraq bir az,Ta xaşın vaxtıdır, ay Əbülhəsən!..

Hər dəmin, məzənin var öz mənası,Onu başa düşməz hər nadan, naşı,Aslan dostumuzun yeməkxanası,Xaşın paytaxtıdır, ay Əbülhəsən!..

Bir vaxt küpə girib araq vuranlar,İndi yapışıblar hacdan, Qurandan.Mən elələrinə əsla inanmam,İçləri saxtadır, ay Əbülhəsən!

Bu gün dindən deyir dünənki dinsiz,Bu gün «mələk» olub dünənki iblis,Haqqı ortalığa gəlin qoyaq biz,Görən kim haqlıdır, ay Əbülhəsən!..

Simasız simalar nə qədər bolmuş,İnsanda əmmalar nə qədər bolmuş,Sirrlər, müəmmalar nə qədər bolmuş,Dünyanın axırıdır, ay Əbülhəsən!..

Çox-çox əqidələr dönüb, dəyişib,Sənsə bir amalda oldun həmişə,Bununçun deyirlər o əsl kişi,O əsl dağlıdır, ay Əbülhəsən!..

Gəzir qayalarda uşaqlığımız,Ordan əxz elədik bu saflığı biz,Bizim məsləkimiz, qardaşlığımız,Dağlara bağlıdır, ay Əbülhəsən!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов