Pulu olmayanı saymırlar, oğlum
Əzizim Müşviqə.
Pulla qiymət verir hamı insana,Pulu olmayanı saymırlar, oğlum.Eh, saymaq, sayılmaq qalsın bir yana,Heç adam yerinə qoymurlar, oğlum.
Lap düha olasan, ulu olasan,
Peyğəmbər olasan yoxdur mənası.Gərəkdir altunun qulu olasan,Bu xarabə dünya onun dünyası.
Sən mənə hörmətli bir kasıb göstər,Pulu olmayanı saymırlar, oğlum…Bu parapərəstlər, dövlətpərəstlər,Elə hey udurlar, doymurlar, oğlum..
Yoxsulun qanıdır varlının varı,Yuyunub bu qanda quduzlaşırlar…İstər dağlar qədər olsun vüqarın,İmkansız olanda ucuzdaşırsan.
Pul da sahibinə kəsilir qənim,O heç bir həpəndə qismət olmayır,Hərə bircə kəfən aparır cəmi,Kiminə kəfən də qismət olmayır…
Amma yenə hökm onun əlində,Pulu olmayanı saymırlar, oğlum…Eh, saymaq, sayılmaq nədir, öləndə,Az qala qəbirə qoymurlar, oğlum…
Pullu olmaqçın da gərəkdir ki, sən,Əzazil olasan, cəllad olasan.Gərəkdir insanı insan eyləyən,Bütün duyğulardan azad olasan.
Gərək cib kəsəsən, ömür sökəsən,Lap baş da üzəsən yeri gələndə,Elə var yığdıqca vəhşiləşəsən,Canavar xisləti yaşaya səndə…
Bütün möbhtəkirlər quduz olurlar,Nəciblik, insanlıq bilmirlər, oğlum…Qəlbi olanlar da pulsuz olurlar,Pülsüz ürəyi də görmürlər, oğlum…
Bizim də yırtıcı xislətimiz yox,Biz vardat əsiri olmadıq heç vaxt.Ulu Tanrıdan da qismətimiz yox,Biz həmi bədbəxtik, biz həmi xoşbəxt…
Sözü də saldılar qiymətdən daha,Heç Füzulini də duymurlar, oğlum…Nifrət belə dövrə, belə dünyaya,Pulu olmayanı saymırlar, oğlum…
Hara baş götürüb qaçaq, de, hara,Ki, orda insanlıq hökmran olsun.Ki, izzət, ləyaqət dönsün meyara,Düzlük, bərabərlik şərəf, şan olsun…
İnsanlar olmasın altun əsiri,Hakim kəsilməsin doğruya oğru…Bəşərin ən iyrənc faciəsidir,Pulu olmayanı saymırlar, oğlum…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-pulu-olmayani-saymirlar-oglum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
SinəsinnənQoynun səkkiz cənnət bağı,Taydı cənnət, sinəsinnən.
VerirBir gün bir heyvanat gördüm, zənbur kimi şan verir,Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.