Nə ki, gücüm vardı yığdım,Minlərlə lal-kar içindən…Axır ki, siyrilib çıxdım,Pislər, murdarlar içindən…

Gəldim əsl haqqa, yola,Xilas oldum fitnə-şərdən…Özüm bəşər ola-ola,Ayrıldım cinsi-bəşərdən…

Hərəni yaşayır gördüm,Bir qurd-canavar içində…Özümü elədim sürgün,Bu həşəratlar içindən…

Təzədən açdım gözümü,Elə bil ki, zühur etdim…Pak elədim üz-gözümü,Min-bir kərə qüsl etdim…

Baxdım ki, adam adamı,Satır lap məzar içində…Mahir alverçiymiş hamı,Qaçdım bu bazar içindən…

Tamam ayrı insan oldum,Öz keçmişimdən əl çəkdim…Təklikdən xaniman qurdum,Hər yanıma çəpər çəkdim…

Cana gəldim yaza-yaza,Evim istehkamım oldu.Bir qələmim, bir də masam,Bir də ki, ilhamım oldu…

Tənhalıqda nicat varmış,Yox dərd, intizar içimdə…Nə böyük səadət varmış,Allah, dörd divar içində…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов