Sən ey millət qəhrəmanı
Millətin ağır günündəA millətin nankor oğlu,Ad gününü keçirirsən yalan, doğru…İllər ilə vətən, millət deyə-deyə,Bərk sinənə döyə-döyə,And içirdin dözərəm hər zülmə mən,Xalq yolunda gedərəm lap ölümə mən…Dar günüdür elin indi,Hələ söylə görüm indi,Bəs nədəndir ayrı dona bürünürsən?Bəs nədəndir xalq öldükcə dirilirsən?Bəs görmürsən bu məmləkət oda girir,Oddan çıxır,Lap az qala öz adımız yaddan çıxıbQara günlü bu milləti bəs görmürsən?Bu cür qanlı fəlakəti bəs görmürsən?Ər oğullar keçir alov, od içindən,Yaşayırıq yüz-yüz itmiş ad içində…Fəryadımız düzdən keçir, dağa çıxır,Hətta bizə yad adamlar arxa çıxır,Dünyanın çox ölkəsindən hayımızaHay verirlər,Ac-yalavac Afrikadan hətta bizəPay verirlər.Belə gündə hansı üzlə, hansı haqla,Ad gününü keçirirsən təm-təraqla?Əsl oğul yaşayacaq adlı, adsız,
Belə yerdə deyirlər ki, adın batsın…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-sen-ey-millet-qehremani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ən birinci anaları didir, yeyir müharibə,Ən birinci analara dəyir onun güllələri…
Ölüm-olum vaxtı gəlib…Vətənimiz, millətimiz ağrı çəkir,Günlərimiz ağır ötür, ağır keçir…
Hərb bitəcəkVaxt keçəcək, dövr ötəcək,Qan-qadalı hərb bitəcək,
Altmış illiyiməIKaş bu yaşa girməyəydim,
Стихи других поэтов · О родине
Bu görüşü dərdə dərman bilmişdim,Həsrətinlə çox ağlayıb gülmüşdüm,
Öləndə bir daşa çevirin məniÖləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,