Təbrizlə görüş
Bu görüşü dərdə dərman bilmişdim,Həsrətinlə çox ağlayıb gülmüşdüm,Ayağına bir qış günü gəlmişdim,Ey qar altda ürəyi yaz, Təbrizim,Çörəyi bol, qisməti az Təbrizim!
Çiçəklədim, bahar bildim qışını,Köksüm sıxdım, canlı sandım daşını,Qarla yudum, gizlədim göz yaşımı,İş ustası, söz dəcəli, Təbrizim,Göz yaşına öyrəncəli Təbrizim!
Dalğa idim ummanına qovuşdum,Zəvvar idim, karvanına qovuşdum,Azadlığa gümanına qovuşdumAzadlığın ilk səngəri, Təbrizim,Tarixlərin şah əsəri, Təbrizim!
Nə gözlədim, nə axtardım, nə buldum,Nə buldumsa ürəyimə qəbuldu.Bu soyuqluq nə zamandan dəb oldu.Övladını qonaq bilən, Təbrizim,Dərdinə də deyib-gülən, Təbrizim!
Qüdrətinə şəkk eləyə bilmədim,Qoca Ərkə ərk eləyə bilmədimNə yatırsan, dərk eləyə bilmədim.Ey dünyanı yola salan, Təbrizim,Ey karvandan dala qalan, Təbrizim!
Cənnətini səndə tapan çox idi,Sözün varsa, daşdan keçən ox idi.Nyu-Yorklar, Londralar yox idi.Öz yerində sayıb duran, Təbrizim,Nökərlərə boyun buran, Təbrizim!
Qılınca yox, yağlı sözə əyildin,Düşmənə yox, dost-qardaşa döyüldün,Tarix boyu belə məzlum deyildin.Ümid bürcüm, zəfər tağım, Təbrizim,Güllə dəymiş söz bayrağım, Təbrizim!
Bakı Səndən, Sən Bakıdan ummada,Donuq qanlar özgədən qan ummada!Ümid yoxdu bu dünyadan ummada,Yıxıq könlüm sən özün qur, Təbrizim,Zaman gedir, ayağa dur, Təbrizim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-tebrizle-gorus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O xoş pıçıltılar yoxmuş dünyada,Əlin yox, küləkmiş saçımda gəzən.
BağışlaBilirəm heç nəyi qaytarmaq olmazNə göz yaşlarıyla, nə yalvarışla.
Bu yurd mənə tanış gəlirDirəkdəki yəhərliyə,axşamıyla, səhəriylə,
Sen-Deni küçəsində gecə gəzintisiNaz-qəmzə saçsa da yalançı ədan,Yorğun baxışların doludur dərdlə.
Стихи других поэтов · О родине
Bir tazə qurum qurduq, onun adı bilinmir,Gün qarə olan yerdə, balın dadı bilinmir.
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,