Naz-qəmzə saçsa da yalançı ədan,Yorğun baxışların doludur dərdlə.Keçir müştərilər sənin yanındanBiri istehzayla, biri həsrətlə.

Bir sərxoş küçədə gözəllər kölgə,Qadına sitayişŞərqin səsidir.Səni ayrı yerdə görsəydim bəlkə,Deyərdim gözəllik ilahəsidir.

Xəyallar fikrimi hayana çəkir,Şam kimi yanardım mən dilim-dilim.Yüz yol görüşünə gələrdim, təkiBir yol bu əllərə toxuna bilim.

İndisə önümdə anadangəlməDurmusanBir lentdi abrını örtən.Əllərin qaynaqdı sanki əlimə,Bəs niyə oduna alışmıram mən?

Qoluma girirsən xoş təbəssümlə,Açıq ehtirasın – tərcüməçimiz.Yarımçıq bildiyim, bir-iki cümləDedim, ya demədim danışırıq biz!

“Müsyö, dayanmağın yeridirmi heç,On yeddi yaşım var, yaxşı bax bir az.Müsyö, bu küçəni sona kimi keç,Məndən gözəlinə rast gəlmək olmaz”.

Qolumu deşəcək çılpaq döşləri...“Yüz əlli franka heç baha deyil!”“Nə fikrə getmisən qərib “müştəri”,Bu gözəl qolunu buraxan deyil...”

– Madam dil bilmirəm!– Dil nəyə gərək?– Madam, vaxtım azdı...– Hər halda yetər!Madam qapısını göstərənədəkSürüşüb yanından ötdüm birtəhər.

...Bu da “azadlıqdan” doğan həqiqət,Gözümü qaldırıb baxa bilmirəm.Nağıl dünyasına düşmüşəm əlbət,Cadugər sehrindən çıxa bilmirəm.

Hər addım başında təzə tamaşa,Hər addım başında kükrəyən həvəs.Bilirəm bu küçə yetəcək başa,Bu sövda axıra yetişərmi bəs?

Baxıram, suallar didir qəlbimi,Bu Qərbdi –astarı üzündən betər.Yal üstə dalaşan küçüklər kimiQızlar müştəriyçün itələşirlər...

Paltar gerilikdi bu küçə üçün,Geyimli qadınlar fikri çaşdırır.Gözə dürtülməyin həvəsi hər günOnları daha da çılpaqlaşdırır.

Birinin geyimi tüldən kəmərçə,Birinin qurşağı yanını örtmür.Təzələr çalışır dalda yer seçə,Gözünü gizləyir, canını örtmür.

Zənci qızlarının qara əndamıKömürdü, yanından keçmək olmayır,Gözləri yanmasa qurd gözü kimi,Onları gecədən seçmək olmayır!

Bu necə alverdi, bu necə bazar?Bu yola qoşulub ölən min izdi.Bizim aramızda sərhəd olmasa,Deyərdim bu küçə sərhədimizdi.

Ehtiras girdabı...bacaran üzər!Şərqliyəm, ruhumu üsyan yeridir.

Bu küçə köhnəlmiş çəpərə bənzər,Bu qızlar ağaran dirəkləridir.

...Müştərin tapılar, madam, çəkmə qəm,Mən də məhəbbətin dəlisiyəm, bil.Ona baş vurmağı mən də sevirəm,Ancaq o dənizdi, bataqlıq deyil!..

Paris, 4.VI.1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов