Dirəkdəki yəhərliyə,axşamıyla, səhəriylə,qıyıq gözlü uşaqlarıncingiltili səsləriyləbu yurd mənə tanış gəlir.

Alaçıqlar – yumru ürək,Alaçıqlar ağ göbələk.

Qopuz dinir, damarımdanEl yolları göyərəcək.Başım üstdə bəyaz günbəz,Alaçığın ağ çığları.Anamı yadıma sadanAsmalığın saçaqları –Bu yurd mənə tanış gəlir.

Mütəkkədə dirsək yerim,Qəlib üstdə ayaq izim.Xalçalarda min illəriAşıb gələn sirr dənizi.Keçmişlərə çəkir məniHaqdan gələn bir pıçıltı.Mənim ömür ağacımabağlayıblar min il əvvəlsəyirtdiyim kəhər atı –Bu yurd mənə tanış gəlir.Qopuz dinirdüşüb rahat ölmək olmur.Burda nə vaxt yaşamışam?Bilmək olmur;Bu yurd mənə tanış gəlir!..

Frunze, 1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине