Nə gündəydi, indi qalıb nə günə…
Nə gündəydi, indi qalıb nə günə,Gözdən düşüb gözdə olan-bu millət.Yas günündə toy eyləyir özünə,Toy günündə yasda olur-bu millət.
Vətən yanır heç pozmayır keyfini,Xidmət edir öz nəfsinə, cibinə,Düşüb zülmət bir quyunun dibinə,Zaman-zaman üzdə olan-bu millət.
Başlanıbdır soy qırımı, ölümü,Nə biləsən, bəlkə məhşər günüdür,Neçə yerə parçalanıb, bölünüb,Neçə-neçə dəstə olub-bu millət…
Top-tüfəngsiz yada verdi Şuşanı,Bir hay ilə yurdun yarı boşalıb.Niyə belə laqeyd olub korlaşıb,Dönməz olan, həssas olan-bu millət…
Elə bil ki, buxovlanıb əlləri,Sökür onu beş-on quduz erməni,Savaşda da asta-asta tərpənir,Hər bir işdə asta olan-bu millət…
Fərsizləşib fərsizlərin əlində,Yaraları dərindədir, dərində.Nə zamandır bu dünyanın dilində,Biq kədərli dastan olub-bu millət…
Atam oğlu,tulla qara eynəyi,Bax,gör,al qan içindədir köynəyin.Düşmən ilə dava-dava oynayır,Nəslən şiri-aslan olan-bu millət…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-ne-gundeydi-indi-qalib-ne-gune
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəyimiz var alt-üst oldu,Bu boyda millət xar oldu.
QayıtdılarÇox irəli yüyürdülər,Yenə ilkə qayıtdılar.
Hansı haqla daşıyırsan bu adı sən…Dünya bərqərar olandan bəri ulu insan*adına ləkə gətirənlər və kölgə salanlara*
Cabir, bu da azdı sənəNiyə doğdu səni ana,Cabir, bu da azdı sənə…