Mərdlik getdi, şərəf getdi, dönməz geri
Quru, yavan çörəklə dəDolanaram,Təki heç vaxt söz çörəyimTükənməsin…Köhnə, nimdaş köynəklə dəDolanaram,Təki, təki gələcəyim,Tükənməsin…Cibimdəki bir manatıXəyalımda yüz edərəm.Paltomun astarınıÇevirərəm üz edərəm…
Təki, təki düşmən dostaÇevrilməsin,Ümidlərim böyrü üstəÇevrilməsin…Qənd olmasa çay içərəmŞor-duz ilə,İllər ilə gündüz, gecəÇırağım, işığım keçəDolanaram günəş ilə, hilal ilə,Ulduz ilə,Təki, təkiMillətimiz üzündəkiNur olmasınƏsr, yesir…Təki təmiz vicdanlarıZiyaları əksilməsin…Lap əbədi zindan hökmüKəsdir mənə,Məzardan da gələcəkdiMəğrur səsim…Yaşamaqçün quru havaBəsdir mənə,Təki, təki Təbriz havamTükənməsin…Ömrüm, günüm yalan üstdəQurulunca,Qoy ölümün doğru olsun…Bu torpaqda min-min bivecDoğuluncaYetər elə beş qeyrətliOğlu olsun…Çox dinsizlər indi qatı dindar olub,Çox lotular hacılaşıb, kəbleyləşir…Birdən-birə dönüb möminbəndə olur,Namaz qılır, oruc tutur, əbləhləşir…Mənəm təkcə bir Allaha kafir bəndə,Eh, onsuz da bilir bunu xudavəndə,Neçə ildir mənim üçün orucluqdur,Çox vaxt iftar tapmayıram,Dəxli yoxdur,Şerim olur yağım, ətim,Südüm, çayım,Sübh yeməyim, iftarPayım…Axı, bəşər tək yeməkləDolanmayır,Siz o qarnı yoğunlaraİnanmayın…Elələri içdən boşdur,
Ruhdan rəzil,Amal, məslək üzərində qərar tuturYer kürəsi…Tablaşaram bundan betərKorluq olsun,Təki qeyrət meydanındaBolluq olsun,Millət üçün belə ağır,Dar məqamda,Bir də sərdar axtarmayaqƏl- amanda…Lap jımıx dadıb yeyərik,Sümük qaynadıb, yeyərik,Təki körpə dövlətiminSümükləriMöhkəm olsun..Bu diyarda haqq-ədalətQanun olsun,Ehkam olsun…Təki namus, ar sarıdanAc qalmayaq,Mənəviyyat dünyamızıÇaş salmayaq…Alacağıq itirsək dəÇox yerləri,Namus getdi, şərəf getdiDönməz geri…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-merdlik-getdi-seref-getdi-donmez-geri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
GördümQarlı dağlar aşdığın varmı,Ac qurdlarla ulaşdığın varmı,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Nə qədər sən kimi bir qönçədəhanım yox idiNə qədər sən kimi bir qönçədəhanım yox idi,Ey pərivəş, bu qədər ahü fəğanım yox idi.