Azadlıqdan dən vururlar neçə ildir,Aldadırıq özümüzü, özgələri…Bu nə cürə suverenlik, müstəqillik,Əsarətdə boğuluruq, göz görəni…

Təzə millət dəllalları peyda olub,İp salıblar kütlələrin boğazına…Güvəncləri mitinq olub, meydan olub,Güc veriblər səslərinə, ağzına…

Heç belə də müstəqillik olar yəni,Rədd edirəm mən bu cürə azadlığı…Su yerinə axıb gedir insan qanı,Gərək deyil bizə kölə azadlığı…

Gərək deyil, bu millətə gərək deyil,

Qardaşına güllə atmaq azadlığı…Heç bir kəsə şöhrət deyil, şərəf deyil,Yurdu satmaq, evi satmaq azadlığı…

Külli-məxluq dönüb aca, yalavaca,Bu mərəzin dərmanı nə, əlacı nə?..Milyonları qova-qova, qaça-qaça,Çeviriblər köçəriyə, qaraçıya…

Sığınıblar dağa-daşa yetim-yetim,Qan ağlayır torpaq, səma, uzaq, yaxın…Bir tərəfdən düşmən qırır bu milləti,Bir tərəfdən əli qanlı azadlığı…

Ana yurdum yola salıb əsrləri,Heç bir vaxtı bu qədər xar olmayıbdır…Azərbaycan yarandığı gündən bəri,Bu cür miskin, bu cür naçar olmayıbdır…

Şərəf gedib, namus gedib, inam gedib,Ədəb gedib, ədəbsizlik başa çıxıb…Nəyim var hürriyyətə qurban gedib,Hürriyyət də yalan olub, boşa çıxıb…

Həsəd ilə baxardılar bir vaxt bizə,Yoxdu Odlar diyarının bərabəri…İndi onu aşırdıblar böyrü üstdə,Qarabağı başdan-başa xərabədir…

Məni belə günə salan istiqlaldır,Öz-özümə kəfən oldu azadlığım …Sathasatdır, çaphaçapdır, alhaaldır,Rədd edirəm belə quldur azadlığı…

Əsarətdə yaşadığım o illərim,Bu gün səsləyirəm dönə-dönə…O əvvəlki vətənimi mənə verin,O əvvəlki millətimi verin mənə…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине