Qiymət görəndə başım hərlənir,Qəribə vaxtdır, zamandır indi…Duz dəyərlənir, mıx dəyərlənir,Dəyərsiz təkcə insandır indi…

Qanın havayı axır su kimi,

Hər gün üstünə od ələyirlər.Tutub qurbanlıq bir quzu kimi,Başını kəsib, güllələyirlər.

Kimsə yanmayır əsla halına;Məhəl qoyan yox ülviyyətinə.Yağ, şəkər çıxıb ceyran dalına,Əti satırlar qan qiymətinə…

Tək başına oğlu düşübdü gözdən,Yoxsa axır zamandı indi.Kütlə baş yarır yumurta üstə,Dəyərsiz təkcə insandır indi…

Əl boyda balıq ömürdən baha,Dərman yox, xəstə can verir, Allah.Belə həyata nə deyim daha,Cəhənnəm ondan yaxşıdır, vallah…

Qulda imkan yox, ağada kərəm…Hamı da dildə millət bağırır…Amal, əqidə dönüb nökərə,İnsan unudub insanlığını…

Hava korlanıb, su zəhərlənib,Çox evlər, yurdlar virandır indi.Peyin nədir ki, o dəyərlənib,Dəyərsiz təkcə insandır indi…

Məhzun gözlərə baxmaq olmayır,Ehtiyac bizi necə sıxıbdır.Alışqan nədir, tapmaq olmayır,Əsgi parçası yoxa çıxıbdır.

Kasıb müəllim sürü hərləyir,Abırlı olmaq nöqsandır indi…Mis dəyərlənir, daş dəyərlənir,Dəyərsiz təkcə insandır indi …

Dollar hakimi-ixtiyar olub,Canımız onun ta əlindədir.Güllə qızıla bərabər olub,Tüfəng zər-ziynət dəyərindədir…

Ümid göydəki bir Allahadır,O, ən sonuncu gümandır indi.Kəfən bahadır, qəbir bahadır,Ən ucuz olan insandır indi…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов