Səkkiz il öncə ömür yoldaşım dünyasınıdəyişdi. Uzun həsrətdən sonra qız nəvəmoldu, adına nənəsinin adını verdik…

Səfura getdi,Səfura gəldi,Səadət yenə qapıma gəldi…Bayılmış idim, gəldim özümə,Yenə bu həyat güldü üzümə…Yenə evimiz çıraqban oldu,Allah, gör ki, kim anadan oldu.Xalqa üç övlad bəxş eləyən kəs,Dedilər bir də geriyə dönməz.Amma o dönüb dübarə gəldi,Səfura getdi, Səfura gəldi…Evdən çıxalı səkkiz il idi,Onsuz hər günüm bir əsr idi.Səkkiz il məni təklik boğurdu,Elə bil mən də təzə doğuldum.Təzədən oldum anadan sanki,Mənə rəhm etdi yaradan sanki.Böyük Səfuram əlimdən uçdu,Nəvəm balaca Səfuram gəldi…Böyük Səfuram nəvəsiz köçdü,Nə qəm balaca Səfuram gəldi…Bütün otaqlar dil açdı sanki,Qəlbimə ümid yol açdı sanki…Niskillərimə ruh, çarə gəldi,Səfura getdi,Səfura gəldi…Hamı beləcə kaş diriləydi,Bütün nənələr geri dönəydi…Bütün babalar geri dönəydi…Dolur, boşalır dünya qədimdən,Kim deyir, axı, dönmür gedənlər?

Gözünə yekə bir eynək taxsın,Gəlsin balaca Səfuşa baxsın,Görsün nənənin əvəzi gəldi,Babanın ömür nəğməsi gəldi…

1995.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов