Mus: Oqtay Kazıminindir

Həyatımın tacı idi,Qara gözlü cavanlığım.Eşq, məhəbbət acı idi,Qara gözlü cavanlığım.

Ürək kimi döyünərdi,Nə bir qəmi, nə bir dərdi,

Çox illərə sinə gərdi,Durdu, dözdü cavanlığım.

Nəqarət:

Ömrü çiçək qədər oldu,Sevinc oldu, kədər oldu,Neyçün gəlib-gedər oldu,Kimdən küsdü cavanlığım?

Arzulara adlayardıq,Qönçə kimi çatlayardıq,Gözəlləri odlayardıq,Qaynar, isti cavanlığım.

Sevgilərin məbədiydi,Təbiətin neymətiydi,Sanardım ki, əbədiydi,Tükənməzdi cavanlığım.

Nəqarət:

1975.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов