Azalır məni sevənlər,Məni sevənlər təklənir.Azalır «qardaş» deyənlər,Dərindir bunun kökləri…

Azalır yalan hörmətlər,Azalır yalan «can-canlar».Qalır əsl məhəbbətlər,Qalır həqiqi insanlar…

Ələyir hər şeyi bir-bir,Zaman düzlük xəlbirində.Mənim də taleyim gedir,Ömrüm gedir hər biriylə…

Elə bir duman çəkilir,Dağların sırası qalır.Qızılın xıltı tökülür,Qızılın xalisi qalır.

Elə bil yaram soyulur,Gedir ağrısı-acısı,Elə bil ruhum durulur,Elə bil gözüm açılır…

Gərək hər şey aydın ola,Ömür gedir, yaş da gedir.Elə bil ki, bala-bala,Qanımda saflaşma gedir…

Azalır yalan qiymətlər,Keyfi, ruhu şad oluram.Süni mehr-məhəbbətlər,Torundan azad oluram.

Necə glçüm, görən, necə,Bu sayaq gəlir-çıxarı?...Belələri azaldıqca,Həyatda sevgim çoxalır,İnsana sevgim çoxalır…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви