Maralgöl sükutu
Maralgölə qonaq getdim yaz vədəsində,O qızılı, o almazı, o zəri gördüm.Saç ağartmış qoca dağlar əhatəsindəSəkkiz yüz il cavan qalmış bir pəri gördüm.
Səkkiz yüz il ömrü sürən sulura baxdım,Aylar, illər, qərinələr bir ucdan keçib.Elə bil ki, hər damlası min kərə axıb,Təmizlənib, təmizlənib süzgəcdən keçib.
Bir də orda bir tapılmaz sükut dinlədim,Az qaldı ki, haray salım, haray qoparım,Öz-özümə düşündüm ki, mən necə edim,O sükutdan özüm ilə necə aparım.
O sükutdan mən apara bilsəydim əgər,Körpə kimi hey bəslərdim, hey bələyərdim.Səsli-küylü dünyamıza mən birər-birər,O sükutdan paylayapdım, səpələyərdim.
Dayanardım keşiyində hər səhər erkən,O sükutu qoruyardım, yoxlatdırardım.O sükutu bir təcili yardım kimi mən,Evimizin qarşısında saxlatdırardım.
Elə mənəm-mənəm deyən boşboğazların,Bədəninə o sükutdan yeritdirərdim.Uzun-uzun nitq eləyən boşboğazlarınBədəninə o sükutdan yeritdirərdim.
Şişirdilmiş, haylı-küylü bəzən adların,Qabağına o sükutu qoyardım ancaq.Bir-biridə dil tapmayan ər-arvadların,Otağına o sükutu qoyardım ancaq.
Yuxusuzluq azarına tutulanlaraDərman kimi o sükutdan içirtdirərdim.Ürəyini, əsəbini mən insanların,Rentgen kimi o sükutdan keçirtdirərdim.
Doldurardım raketlərin lülələrinə,Yeridərdim tüfənglərin güllələrinə.Bütün xırda davalara resept kimi mən,O sükutun nüsxəsini yazardım hər gün.
Bütün hərbi bazaların başı üstündən,Topdağıtmaz o sükutu asardım hər gün.Onu ordu eləyərdim,qoşun edərdimO sükutun gəmisini mavi edərdim,O sükutun maşınını yaşıl edərdim.
Maralgölə qonaq getdim yaz vədəsində,Şəffaf idi, büllur idi, diləkli idi.Bir tapılmaz sükut vardı əhatəsindəSükutu da təmiz idi, gərəkli idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-maralgol-sukutu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəvəm oldu, görüşünə aparmağa gül olmadı,Gül var idi, gül bol idi, pul olmadı…
Bu dərdi dağlar götürərBu dərdi dağlar götürər, gedək dağlara,Bu ahı dağlar itirər, gedək dağlara…
Kaş millətdə ruh yaşasın…Millət əzər, əzilər də,Kaş millətdə ruh yaşasın.
İttiham poeması…ISizdən soruşuram, sizdən,
Стихи других поэтов
Günəşə bənzəməkçin yarpaqlar saraldılarYerə şölə salmayıb, yenə kölgə saldılar.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Nerdəsən gəl, ey yüzü ağım bənimNecəsən gəl, ey yüzü ağım bənim?Sən əritdin odlara yağım bənim.
Hər kimin ki, nəzəri arizi-pürxalə düşərHər kimin ki, nəzəri arizi-pürxalə düşər,Dami-geysulərə pabəstə olub, qalə düşər.