Hər kimin ki, nəzəri arizi-pürxalə düşər,Dami-geysulərə pabəstə olub, qalə düşər.

Vəsmə çək qaşlarının tağına peyvəst olsun,Bu kəşakeş deyil, ay başına bir halə düşər.

Aşiqi-xam-təməbusə dilər ləlindən,Bir deməz ki, nigəhindən ona təbxalə düşər.

Vamiqü Qeys mənimlə rəhi-rüsvalıqdaNə qədər səxt təka-pu eləyə, dalə düşər.

Qoy tökülsün güli-rüxsarına zülfi-siyəhin,Rəsmdir nəqşi-nigaridə siyəh alə düşər.

Çeşmi bəddən səni hifz edə amanında xuda,Tabi meydən ki, güli-arizinə jalə düşər.

Zakira, dərdi-dəruni üzə saldı əşkim,Bir deyən yox, belə qammazlıq ətfalə düşər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви