Can cilvələnir qaməti-mövzunu görəndə,Dil tazələnir arizi-dilcunu görəndə.

Zənciri-cünunə birə yüz rəğbətim artır,Rüxsari üzə zülfi-pürəfsunu görəndə,

Pür-piç oluram hərdəm oda düşmüş ilan tək,Ol arizi-gülnarda geysuni görəndə.

Dağıldı xiridari-qəmi-eşqin olanlar,Bu mərdümi-çeşmim tökən altunu görəndə.

Gəlmişdim edəm mərdümi-çeşminlə müdara,Dildim ki, düzəlməz bu iş əbrunu görəndə.

Xunxarəligi eyb degil nərgisi-məstin,Hər kim ola qaynar qanı gülgunu görəndə.

Ey əhli-hünər, cəm degil Zakir həvası,Eyb eyləmə şerindəki məzmunu görəndə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви