Əgərçi dönmədi, ey dil, fələk mədarın ilə,Özü həm olmadı asudə ahü zarın ilə.

O yandıdı səni hicr ateşinə, yandırdın,Həzar bar anı ahi-pürşərarın ilə

Müyəssər olmadı vəslin, dönə-dönə aldınQərarım, ey güli-tər, əhdi-biqərarın ilə.

Bəsani-mari-gəzidə sızıldaram ta sübh,Şəbi-fəraq qəmi-zülfi-tabdarın ilə.

O gün həyatdən ümid kəsdim, əbrulərKi, oldu həmsər iki nərgisi-xumarın ilə.

Özündən oldu meyə bəzmdən kənar olmaq,Qələtdi bəhs ləbi-ləli-abdarın ilə.

Diyari-yarə yolun düşsə, ey səba, söyləKi, öldü Zakiri-biçarə intizarın ilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви