Ah kim, aldı mənim əqlü kəmalım qocalıq,Eylədi misli xəzan çöhreyi-alım qocalıq,Bidi-Məcnun tək əyib sərv nihalım qocalıq,Günbəgün etdi füzun dərdü məlalım qocalıq,Doladı, dəstinə, əfsus ki, yalım qocalıq!

Əlliyə yetənədək bilməz idim quru, yaşı,Həll edərdi ənəgim mum kimi qarə daşı,Gördüm atmışda qatı löqmələrə yoxdu xaşı,İndi it yalı kimi gündə gərək qaşıq aşı,Zindaganlıqdımı bu, ağrını alım qocalıq?

Azılarımda qalıb bir neçə övraq dəndan,Gərgər düşməz o da soxt təamə çəndən,Dolaşa dəməgina oxşar edəndə xəndan.Abi-guşt ilə gərək müttəsil acıtmalı nan,Kimə məqdurdu bu orduna ... qocılaq?

Dolanırdı nə qədər var idi, tənda qüvvət,Gündə pərvanə kimi başıma yüz göz övrət,Hər evdə düşsə yolum əhli çəkərdi minnət,İndi öz sahibi-xanəm mənə etməz rəğbət.Nə ümid ilə gedim özgədə qalım, qocalıq?

Duş gördüm neçə məhparə edər seyri-çəmən,Ayağın öpmək üçün somtlərinə düşdüm mən,Gəldi göftarə biri, söylədi key piri-kuhən,Nə gəzirəsən burada, yoxsa azıbsan köçdən?Rişəxənd mənzili etdi məni zalım qocalıq!

Hər sənəm görsə deyərdi əcəb oğlandır bu,Ya Foramərz və ya Rüstəmi-dastandır bu,Xoş onun halına ki, bir gecə mehmandar bu,Gülüşüb indi deyirlər necə vartandır bu,Çünki etdin belə tiz ilə zəvalım, qocalıq.

Hanı ol sərv, görürdün gecələr ayə baxar,Sübhlər tusəni-sərxoş kimi səhrayə baxar,Gəh zəni-dəlləkə, gəh düxtəri-mollayə baxar,İndi sən xəstə, qoyub baş mütəkkayə baxar,Kəsdi eşqü həvəsim, zövqi-vüsalım qocalıq.

Tüf sənə kim, məni sən zövqü səfadən saldın,Nəzəri-mərhəməti-mahiliqadən saldın,Hər iki çeşmi-cahanbini ziyadən saldın,Şahibazi-həvəsi ovci-həvadən saldın,Sındıdın səngi-sitəmlə pərü balım, qocalıq.

Gər mənə ruyi-zəmin simü zərü dövlət ola,Asitanəm, eşiyim rəşki-dəri-cənnət ola,Puşişim xosrovü xaqan verən xələt ola,Neylərəm anı kələz dalı kimi qət-qət ola,Sifətü gərdəni-ayinəmisalım, qocalıq.

Qorxuram çərx mənə zülmi-mükərrər eləyə,Ağqız oğlu Piri tək dillərə əzbər eləyə,Qaralı Şəmmiyə hörmətdə bərabər eləyə,Axırı Hatəm ağadan dəxi bədtər eləyə,Çörü-çöp dərməyə də qalmaya halım, qocalıq.

Gərək indən belə qapıda bürünüb gəbəni,Qoymayam qarğa-quşu sərgidən apara dəniKi, məbada ura övrət üzümə ta siləni,İltimasım budu kim, öldü, xilas eylə məni,Oğul, uşaq əlinə vermə saqqalım, qocalıq.

Zakirəm, türfə xiyaban ilə bağım vardır,Yatmağa, durmağa rəngin otağım vardır,Nə qədər aşü plov yesə qonağım, vardır,Yaxşı nəvvadələrim, oğul-uşağım vardır,Yoxdu bir özgə qəmim fikrü xəyalım, qocalıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов