Ey gövhəri-pakizeyi-dəryayi-lətafət,Vey kani-həqayiq!Övsafi sifatın məni-məddahə nə hacət,Aləm sənə aşiq.Şəkkər ləbinə kuhən ər dursa müqabil,Şirini olur təlx.Ruyin görə, haşa ana ta ruzi-qiyamət,Əzrasını Vamiq.İyzəd ki, çəkib yer üzünə pərdeyi-ətləs,Bivəch deyil bu;Tutmuş sənə, ey mehrü məhi-bürci-səadət,Gərduni süradiq.Ləli-ləbinə badeyi-gülgün desə hər kəs,Vur boynunu dərdəm.Qan eyləyənin qətlinə əhkami-şəriət,Yeksanü müvafiq,Fərq etməyə sübhün kişi ta sidq ilə kizbinVacib dögi səcdə,Vacibdir əyilsin sənə hər dəm səri-taət,Nə gizb, nə sadiq?Ol günbədi-dəvvarə yetir kəlləmi, ey mah!Sal sayəni başə.Yəni elə bu bəndəyə inamü inayət,Bir türfə yaxalıq.

Bəsdir bir işarə, dəxi küstaxlıq etmə,Ey Zakiri-təmma;Bir kimsəyə bir kimsə edən vəqt şəfəqqətÖz adına layıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви