Car müqəddiməsi
Bababəy Şakirə
Ey Bababəy, bu humayun əskərinSeşənbədə sərmənzili Car oldu.Məşriq tərəfində tazə qələninQrulub xeymələr bərqərar oldu.
Söz müxtəsər, gələn günün fərdasıQoyuldu sübhdən cəngin binası,Çulğadı aləmi şurü qovğası,Sanasan qiyamət aşikar oldu.
Miqlaçevski olub pişcəng,Canibi-meyxanə sürdü bidirəng,Yeridi topxana, atıldı tüfəng,Göy üzü tutuldu tirə-tər oldu.
Görməyib ömründə bu çərxi-əxzərBahadiri-dövran buna bərabər;Həqiqət göstərdi bir növ hünər,Rüstəmi-dastanə bundan ar oldu.
Təhmurəs, Firidun, Fəramərz, BürzüCəm oluban yüz il çalalar gürzü,Ebələ aça bilməz kuhi-Əlbürzü,Naçalnikin karı özgə kar oldu.
Neçə padişəhlər gəlib getmişdi,Vilayəti-Cardan kənar etmişdi;Bu fəthi bir dəfə Nadir etmişdi,Bir də sahibimdən yadigar oldu.
Biz gəlincə olmuş idi qiylü qal.Urus tapmış idi şikəstü zəval.Elə ki, yetişdi bu badi-şimal,Sanasan ki, ləzgi bir qübar oldu.
Var idi nifrətü etirazları,Qürurü sərkəşü sərəfrazları,Dağıstan dağının şahibazlarıƏrseyi-hümadə bir şikar oldu.
Alıcı quş kimi özün toxudu,Çünki düşmən müqabildə çox idi;Sağlığına ümidimiz yox idi,Həq saxladı, yaradanı yar oldu.
Ərusi bəxt oldu qüssədən azad,Çıxdı aralıqdan mayeyi-fəsad;İtaətə gəldi Şeyx ilə həmzad,Şükr olsun Allaha, tezbazar oldu.
Hər kim baxa irəliyə, dalıya,Ölənədən özün salmaz balıya;Xain olan bu dövləti-aliyəDağılıb hər yerdə tar-mar oldu.
Soruşsan, kim getdi meydana əzəl,Getdi Rüstəm bəylə Mirzə Adgözəl;Pirbabalar etdi bu növi cədəl,Cahıllar baxıban şərmsar oldu.
O ki, bizim atlılardan bir paraVermiş idi özün püşti-divara,Nə dəğdəğə çəkdi, nə düşdü dara,Bir az yoldaşından intizar oldu.
Əgər xəbər alsan Kərim əmini.Xəncər ilə biçir qoçaq zəmini;Xub tapıbdı kasıblığın çəmini,Car səfəri ona səbəbkar oldu.
Çünki görübdülər dadın, ləzzətin,Qeyri kar onlara görünür çətin;Hər kəs tapdı ata-baba sənətin,Əli Mərdan oğlu gəllədar oldu.
Ərz edəndə baxa idin Şirinə,Yüz ilidir babası gəlibdir dinə;Yanılış danışar düşəndə yenə,Bir kəs ki, binadən Vartazar oldu.
Məəttələm cinli Səfərəli bəgHərçənd qısadı, əmma pesərək;Bu oğlu İsmayıl nədəndi görək,Həmi cələb düşdü, həm zağar oldu.
Dızaq xəlqindədir kisibin bolu,Bu işdə onların uzundu qolu;Gədə-gudə basdı meşəni, kolu,Kimi yoxa çıxdı, kimi var oldu.
Mən özüm də bir gün çıxdım cövlana,Görmüyübsən, yolum düşdü bu yanə;Bir tüfəngli ləzgi, mərdü mərdanaTutulub əlimdə giriftar oldu.
Yer-yemiş babında misali-cənnət,Eşidibsən gəndən özün də əlbət;Alma şahbalıtı yeyənə minnət,Hər çadıra girsən bir tağar oldu.
Dımıq qoyun əti mənəndi-şəkər,Basdırma, qovurma hər şamü səhər;Bala barmaq batırmayır gədələr –İnək ayranından bimiqdar oldu.
Sərasər əhvalı şərh etdim sizə,Qənimətü yəğmə çıxıbdır dizə;Tarının bir lütfü budur ki bizə,Nə bir yağış yağdı, nə də qar oldu.
Feyzə yetmək olmaz, olmasa irşad,Həmrahi-birahın dad əlindən, dad.Ümidvarəm ola bu səfər bir zad,Qumuq səfərimiz lap bikar oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-car-muqeddimesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey sevdiyim, ləli-ləbinə nisbət,Meyxanələr içrə badə tapılmaz.
Ey sevdiyim, səndən cüda düşəliEy sevdiyim, səndən cüda düşəli,Mənəm gecə-gündüz əzab içində.
Ey sevdiyim, səndən cüda düşəliEy sevdiyim, səndən cüda düşəli,Nə səbrü sükunun, nə taqətim var.
Ey cismimin canı, gözümün nuruEy cismimin canı, gözümün nuru,Eylədiyin əhdü vəfadən utan!
Стихи других поэтов
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
KəndimizEl oyanar yuxusundan,Dağ başını alarsa duman,
Шараф-наме, глава 6Подойди ко мне, кравчий, налей мне вина,Чтоб душа моя стала блаженно-хмельна.