Ey sevdiyim, ləli-ləbinə nisbət
Ey sevdiyim, ləli-ləbinə nisbət,Meyxanələr içrə badə tapılmaz.Çox ali-şan nazəninlər görmüşəm,Sənin kimi şahzadə tapılmaz.
Müştəridir sana Zöhrə fələkdə,Gecə-gündüz övsafını deməkdə,Bərabərin olsa olsun mələkdə,Amma bizim bu aradə tapılmaz.
Tamam adın eşitdiyin gözəllərGecədən də durub sürtük edəllər,Cəm olsa xəlayiq, yığılsa ellərSənin tək dilbəri-sadə tapılmaz.
İnsaf olmaq gərək gədadə, bayda,Heç olmazsa yarın yoxlaya ayda,Vilayətdə gözəl çoxdu, nə fayda,Dərd bilən, yetişən dadə tapılmaz.
Sərf eyləyib həyatına həyatın,Tərk edib vəhdətin, eyşü nişatın;Əgər verməlisən hüsnün zəkatın,Zakir kimi bir üftadə tapılmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-ey-sevdiyim-leli-lebine-nisbet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən sadə gözəlsən, qoyma, sevdiyim,Məşşatələr bəzək taxta üzünə,
Səri-zülfün kimi titrər ürəyimSəri-zülfün kimi titrər ürəyim,Gələ-gör ki, səri- muyin istərəm.
Sifariş eyləsəm badi-səbadənSifariş eyləsəm badi-səbadən,Gərən, dərdim o cananə deyərmi?
Soruşdum dibərdən: yoxsa bərgi-gülSoruşdum dibərdən: yoxsa bərgi-gülLətafəti tər bədəndən öyrənib?