Kəndimiz
El oyanar yuxusundan,Dağ başını alarsa duman,Elə bil ki, ağ cunadanDuvağı var kəndimizin.
Saya gəlməz onun varı,Bərəkətli tarlaları,Suyu sərin, dağlar qarı,Bulağı var kəndimizin.
O bir şamdır, mən pərvana,Alqış, alqış bu dövrana,Çox mehriban, əziz anaQucağı var kəndimizin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-kendimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenə bahar gəlib, oyanıb aləmMən öz qazmamdayam, yerim soyuq, dar.
İki kəlməBilirsən ki, ölüm-itim həmişə var dünyada.Ürək dolu, göz müntəzir, aman vermir arzular.
Ay doğanda gələrdi!..Onu hər axşamçağı yol üstündə görərdim.Qərib-qərib baxardı uzun-uzun yollara.
Mirzə CəliləGöz açdın həyata vətənin nalə səsindənBəxş etdi bizə oğlunu mərd Azərbaycan.
Стихи других поэтов
Sənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.