Kilki-qüdrət ilə katibi-qəza
Kilki-qüdrət ilə katibi-qəza,Maşallah, əcəb gözü qaş çəkib!Xəttü xalə verib xeyli nəzakət,Siyəh zülfü hamısından baş çəkib.
Gərdənin, qamətin qiyaməti var.Harami qəmzənin yüz afəti var,Həqdir, tər buxağın lətafəti var,Amma rüxi-alı çox qumaş çəkib.
Tərhi bir özgədir incə miyanın,O mərmər sinənin, bəyaz püstanın,Ədən dəryasında dürci-dohanınİçində dürləri xoş təraş çəkib.
Məşuqun işidir cəng ilə cədəl,Bilir rəsmü rahı, eyləməz əməl,Çəkəndə aşiqi noqqaşi-əzəl,Dilində ah, gözlərin yaş çəkib.
Ol zalimü bədxu, şuxü sitəmkarZakirin halından deyil xəbərdar.Eşq əhlini edən dərdə giriftar,Heyf ki, xubları bağrı daş çəkib.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-kilki-qudret-ile-katibi-qeza-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əsib badi-səba, gül pirəhəninÇak edəndə, bəyaz sinənədən öpüm.
A ləbləri badə, ağzı piyalə!A ləbləri badə, ağzı piyalə!Bir söz desəm olma bidəmaq, sənə.
Sevdiyim, gələ-gör bahar fəslidirSevdiyim, gələ-gör bahar fəslidir,Könül istər gəzə bağı səninlə.
QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,