A ləbləri badə, ağzı piyalə!
A ləbləri badə, ağzı piyalə!Bir söz desəm olma bidəmaq, sənə.Yetişibsən, indən belə yaraşmazYadlar ilə deyib-danışmaq sənə.
Əcəb bihəyadır çərxi-kəcrəftar,Hər ayda bir hilal eylər aşikar;Şəksiz sənin ilə ədavəti var,Göstərir düşəndə qaş-qabaq sənə.
Mədənisən felin, nazü qəmzənin,Bərabərin yoxdu aləmdə sənin;Təhrik eləməsə səba, qönçəninAğzı nədir aça dil-dodaq sənə?
Cəvahir qolbaqlar bəyaz biləyiGahi qucar, gahi eylər hənəyi,Behiştin hurisi, göyün mələyiYetişməz, yüz çala əl-ayaq, sənə.
Zakirəm, eylədin əqlimi zayil,Olmaz belə surət, belə şəmayil;Elə mən deyiləm hüsnünə mayil,Göz dikibdir tamam Qarabağ sənə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-a-lebleri-bade-agzi-piyale
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz!Edər məşuqdən aşiq, budur adət, xudahafiz!
Əgərçi dönmədi, ey dil, fələk mədarın iləƏgərçi dönmədi, ey dil, fələk mədarın ilə,Özü həm olmadı asudə ahü zarın ilə.
Zərdü zəif etsə qəmin hər zaman məniZərdü zəif etsə qəmin hər zaman məni,Filfövr əşki-al qılır ərğəvan məni.
Zülfündümü dövri-rüxü-zibayə dağılmış?Zülfündümü dövri-rüxü-zibayə dağılmış?Ya Çinü Xəta ləşkəri yəğmayə dağılmış?
Стихи других поэтов
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Nalədəndir ney kimi avazeyi-eşqim büləndNalədəndir ney kimi avazeyi-eşqim bülənd,Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.