Gecə-gündüz canan deyib ağlaram
Gecə-gündüz canan deyib ağlaram,Yarəb, belə bilirmola yar məni?Mən ki, anı çıxarmazam yadımdan?Yadına salırmı ol nigar məni?
Sevgi-sevgisinə halın bildürür,Həsrətin çəkdiyim neçə ildürür,Ənqəribdir, bu gün, sabah öldürür,Deyin bimürvətə intizar, məni.
Hazır olsa bir məclisə yüz adəm,Dərlərdi filani burdadır, əbsəm!Axır elə oldum rüsvayi-aləm,Düşmən tənə eylər, dost qınar məni.
Əhd ilə iqranı qoyub kənara,Eşitdim ki, həmdəm olub əğyara,Eyləməsin – deyin o sitəmkara, –Tay-tuş arasında şərmsar məni.
Zakirəm od tutdu, alışdı cigər,Təğafül etməsin, Allahı sevər;Bundan sonra danmaq nə yana yetər,Qəmi-hicran aldı aşikar məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-gece-gunduz-canan-deyib-aglaram
Клавиши ← → для перехода, R — случайное стихотворение