Keçdi növbəti zimistan,Yenə fəsli-bahar oldu.Əndəlibi-binəvanınSənəti ahü zar oldu.

Yasəmənü gülü laləBir çəməndə qurub halə;Ərfüğan tutub piyalə,Nərgis içib xumar oldu.

Əmr olundu, abi-niysanCansızlara bəxş etdi can.Yenə təzələndi dövran,Nə gözəl ruzigar oldu!

Səbzpuş olub çəmənlər,Qaldıdı hər şükufə sər.Oyan, ey bəxti-bixəbər,Yatan hamı bidar oldu.

Əlac oldu hər bimarə,Tapıldı dərdinə çarə.Elə, həsrət qalan yarəZakiri-dilfikar oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе