Ləbi-ləlin həvəsilə cigərim xun olmuş,Rəngi-zərdim onunçün əşq ilə gülgun olmuş.

Əlifi-qamətim ol sərvi qədindən ayrı,Qaşların taqına qurban olayım, "nun" olmuş.

Talei gör ki, səni yer götürüb, mehri fələk,Aldadıb göz görə, yerdən göyə məğbun olmuş.

Aşiqi-sadiq odur ki, verə can yarın kuyində,Nə ki, Məcnun kimi sərmənzili hamun olmuş.

Var bir nəhr, suyu çeşmeyi-çeşmimdəndir,Xəlq arasında, vəli, şöhrəti Ceyhun olmuş.

Demə, qasid, şahi-xubanə pəyamım, saxlaKi, bu gün qəhri tutub, halı digərgun olmuş.

Aşiqə nəkhəti-zülfün gətirib badi-səba,Dağılıb cümlə pərişanlığı, məmnun olmuş.

Zakirin təbi deyildi belə mövzun əvvəl,Qədinə valeh olandan bəri mövzun olmuş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви