Pərtövi-hüsnün görüb xurşidi-tabandur derəm,Şiveyi-qəddin görüb sərvi-xuramandur derəm.

Həlqeyi-lə’li-ləbin içində incu dişlərün,Bir düzulmiş daneyi-mirvarid ğəltandur derəm.

Gülşəni-hüsnündə hər yan nərgisi-məstin görüb,Laləzar içrə yaturlar iki ceyrandur derəm.

Ləblərin dövrində kim sorsa xətin mahiyyətin,Səbzələr hər yanı bitmiş abi-heyvandur derəm.

Sən gedəndən bərlü halimdur ki, kafər görməsün,Xarlığ çəkməkdən isə ölmək asandur derəm.

Halətimdür külbeyi-əhzanda canan getgəliKim, onun yanında ölmək rahəti-candur derəm.

Макта — последний бейт с тахаллусом поэта. Həsrətindən Kişvəri, ey Misri-canim-Yusifi,Ağlamaqdan gözdən olmuş piri-Kən’andur derəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви