Neyləmişəm, incimisənYenə ey gülbədən məndən?Zahirən, vardır təzədənSənə bir söz deyən məndən

Qəm evində zar olalı,Eşqə giriftar olalı,Yarımadıq yar olalı,Nə mən səndən, nə sən məndən.

Mailəm çeşmi-qəzalə,Olmuşam dərdə həvalə,Əl götürməz ahü naləGecələr sübhədən məndən.

Pərişan etdin halımı,Əyibsən qəddi-dalımı;Nə deyim, tanrı zalımıXəbər alsa, görən, məndən?

Yox olub Zakirin varı,Günbəgün artar azarı;Xəbrdar eyləyin yarı,Ey Allahı sevən, məndən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви