Günəş pərtövəfkənliyiRuxi-zibadən öyrənmiş,Tuti şəkkər-şikənliyiLəbi-guyadən öyrənmiş.

Zülfün könüllər pənahı,Qaşlarındı qibləgahı;Ahular tərzi-nagahıÇeşmi-şəhladən öyrənmiş.

Sərkəşliyə olub mötad,Üftadəsin eyləməz yad;Bu şiveni sərvi-azadQədi-rənadən öyrənmiş.

Düşdükcə yadıma tellər,Sızıldaram uzun illər;Ahü əfğanı bülbüllərDili-şeydadən öyrənmiş.

Zakir tək mərdi-mərdanə,Can verir vəsli-cananə;Oda yanmağı pərvanəMəni-rüsvadən öyrənmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви