Təng etmə bizə bu yekə dünyanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!Xudsərliyi millət özünə eyləmiş adət,Əzasinə bilcümlə edib cəhl sərayət.Bica yerə fəryad eləmə, ol, kişi, rahət.Öz fikrini millət boşamaz qopsa qiyamət.Bir dərdə düşüb yox hələ dərmanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Çalma “Dirilik”də bu qədər tarixi neylər,Tarix adamın halını pisdən də pis eylər.Ibrətsiz olan sərsəri tarixi nə eylər.Yaz küçə sözü, yaxşı roman, aşiqi şeylər.Məcnunluğa öyrət bu müsəlmanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Tarix salır xatirə əcdadi-nəcibi.Yaz aşiqi-məşuqədən, ol xalqın həbibi.Qoy millətin olsun hələ bir eşq nəsibi.Hər dəmdə çağır söhbətə Kəbleyi QəribiTənqid edə ol mərifətin kanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Ol bəzi mühərrir kimi, çat sən də muradə,Doldur cibini şövq ilə, söy xalqı ziyadə.Gündüzlər açıb ağzını gəl ney kimi dadə,Amma ki, özün xəlvəti iç hər gecə badə;Çıxsın bu yazıq millətinin canı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Keçmişdəki məşhur xanımlar qala dalə.Dəyməz ki, gətirmək oları bir də xəyalə.Yaz, bizləri valeh elə sən hüsnü cəmalə.Bəziləri tək gah mıxa döy, gahi da nalə.Varsa hünərin al əlinə sən də piyalə.Oldun yazıçı, al ələ rumkanı, a Müznib!Tərif elə həm sağərü səhbanı, a Müznib!Millət oyanan şey ki deyil, qopsa qiyamət;Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви