Könül, uyma bivəfayə,Axır səni xərab eylər;Salıb eşqin atəşinə,Cigərini kəbab eylər.

Dil bağlama bir dilbərə,İstər yolunda can verə.Beş gün keçməz, əbəs yerə,Görərsən, inqilab eylər.

O zaman ki, dönər üzü,Bəhanəli olar özü,Açar, çəkər, iki sözüUzadıb bir kitab eylər.

Onlarda olmaz, müxtəsər,Mehri məhəbbətdən əsər.Sənə biganədən betərCəfa verib əzab eylər.

Zakir, sevən kəs novcavanGərək eyləyə imtəhan.Sonradan olur peşimanHər kimsə ki, şitab eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви