Bərdə xərabələri
O viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;Seyr eləyim tamam Tərtərbasanı,Varmı aşiqinə can qıyan gəzim.
Tülək tərlan ovlağıydı bu yerlər,Bərdə torpağına eləyim güzər,Görüm qalıbdırmı Şirindən əsər,Baxım hər tərəfə nigaran gəzim.
Xosrovi-Pərvizin şənü şövkətin,Fərhadın ələmü qəmü möhnətin,Şapurun çəkdiyi nəqşü surətinArayıb, axtarıb hər zaman gəzim.
Dolanıb sərasər çarsu bazarı,Gətirim nəzərə səmti-minarı,Görsəm xəbər alım bülbüli-zarı,Necoldu ol gülü gülüstan, gəzim.
Deyim hanı munda gəzən gözəllər?Teyhuli meşələr, sonalı göllər?Çayın kənarında tikilən ellər?Yoxdu heç birindən bir nişan, gəzim.
Ol baş-başa verən sərvi-rənalər,Hər guşədən gələn sövtü sədalər,Zərrin piyalələr, meyi-səhbalər,Gərdişi-badeyi-ərgüvan gəzim.
Adətü qanunun o diyarın mənGörmüşəm, yazıblar xeyli müstəhsən;Bayram gecələri ta ki, sübhədənNeçə həmdəm ilə çirağan gəzim.
Əmirzadələr yeyib naharı,Yenə çarpışırmı Xənəgə sarı?Boynu qolladəli səgi-şikarıGəmişirmi seydə süvaran, gəzim.
Bundan əzzəlki tək o viranədə,Küşti tutulurmu asitanədə?Çillədə əsrəmiş, şütürxanədəQızmış dəvələri görüb yan gəzim.
Aşiqə söylürmü qasid ənqərib,Qom yemə, dilrüba sənədir nəsib?Zimistan qeydindən çıxan ondəlib,Axtarırmı təzə aşiyan, gəzim.
Cəvahirfürüşlar satırmı gövhər?Xublar yaraşığı görürmü zərgər?Karvansəralərdə tacir, qələndər,Necə keçir şami-qəriban, gəzim.
Gecə-gündüz daim, banki-cərəsdənQulaq tutulurmu sədavü səsdən?Bakıdan, Dərbənddən, Krım, ÇərkəsdənGəlirmi mətai-bipayan, gəzim.
Sayeyi-sərvdə məcməi-xubanYenə əyləşirmi xoşdilü xəndan?Yoxsa ki, onlara saqiyi-dövranİçiribdir mey yerinə qan, gəzim.
Nazəninlər ta tülui-afitabOturub gecələr çəkirmi gülab?Çeşmi-aşiq kimi fəvvarədən abTökülürmü hövzə nümayan, gəzim.
Müzəyyən məhlələr, münəqqəş evlər,Mütriblər içində həng, hava söylər;Tövlələrdə kişnəşirmi bədöylər,Çəkirmi şeyheyi-firavan gəzim.
Hamamlarda məsrəf olan aqçanı,Pozğun otaqları, uçuq tağçanı,Yıxılan tağları, viran bağçanıXatirimə salıb pərişan gəzim.
Təblü ələm sahibləri xanlara,Darğanişinlərə, pasibanlara,Ol səri sövdalı növcavanlara,Yaxa yırtıb çaki-giriban gəzim.
Qibleyi-hacətə yıxıb özümü,İmamzadəyə sürtüm üzümü,Xak olan tənlərə tikib gözümü,Olam sağlığıma peşiman, gəzim.
Hərgiz bu cahanə yoxdur etibar,Səfası bir isə, yüz cəfası var.Baş götürüb gedim diyarbədiyar,Eyləyim aləmi imtəhan, gəzim.
Bübüli-baçarə verdi xəbəri,Dedi ki, qalmayıb şənlik əsəri,Mən Zakirəm, onu görəndən bəriGərək cünün olub, biyaban gəzim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-berde-xerabeleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dərdbilməzlər qınar məni, heç deməzDərd ilən doludur döşüm, ağlaram.
Dilbər, neyləmişəm, nədir günahımDilbər, neyləmişəm, nədir günahım,Baxar mənə özgə sayaq gözlərin.
Dilbər sən gedəndən bəri könlümünDilbər sən gedəndən bəri könlümünNə səbri, sükunu, nə qərarı var.
Dilbər, sən gedəli xəstə düşmüşəmDilbər, sən gedəli xəstə düşmüşəm,Gəl gör ki, intizardı can sənə.
Стихи других поэтов · Сатира
Bu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?
AtəşEy əzizim, bir belə bəsdir dedin,Seyyidü axund, molla söhbətin.
Lay-layLay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
Nədir, aya, yenə üsyanları iranlıların?Опять неймется голытьбе - умерь ее, аллах!Взыграла кровь у персиян, и мести блеск в очах!