Dərdbilməzlər qınar məni, heç deməzDərd ilən doludur döşüm, ağlaram.Çərxin sitəmindən, dövrün zülmündənTökülür dəmbədəm yaşım, ağlaram.

Nə qədər könlümə verrəm nəsihət,Bir zaman eşqdən olmaz fərağət;Nə onda mürvət var, nə məndə taqət,Yaman yerə yetib imiş, ağlaram.

Hər kimsənin olsa bir xeyrü şəri,Gəlib məndən alır idi xəbəri;O qaşları yayı görəndən bəriDağılıbdır əqlü huşum, ağlaram.

Diyari-qürbətdə binamü nişanQalmışam, tapılmaz halım soruşan;Nə bir gələn, nə bir əhval danışan;Yollardadı gözüm, guşum, ağlaram.

Düşəndə yadıma vəfalı dilbər,Sərasər od tutub alışır cigər.Qəm tünlüq, mən yalqız, yüz yana çəkər,Zakirəm, böyüyüb başım, ağlaram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви