Dilbər, neyləmişəm, nədir günahım
Dilbər, neyləmişəm, nədir günahım,Baxar mənə özgə sayaq gözlərin.Bir quru qəfəsəm, yetişən kimiAlıbdı canımı bayaq gözlərin.
Dəlik-dəlik eyləmişdi sinəmi,Dedilər ki, gəlir sala mərhəmi;Dəxi də artırdı qəm üstən qəmi,Nə yaxşı yoxladı naçaq gözlərin.
Qəmzən həramidi, qəddin qiyamət,Aşiqlər içində salıbdır afət.Yay tutmaqda, ox atmaqda, nəhayət,Hamıdan mahirdi qoçaq gözlərin.
Hər kim yana onun iştiyağına,Gərəkdir əl qata cigər yağına;Gördü ki, əyilib qaşın tağına,Tez verdi müjdədən dayaq gözlərin.
Həzər eylə, bir bax pərvərdigarə,İncitmə aşiqi bir də dübrə;Ver hüsnün zəkatın Zakiri-zarə,Olsun bəlalərdən iraq gözlərin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-dilber-neylemisem-nedir-gunahim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənə hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun,Rəqibi-ziştkarın aşikar, eybin nəhan tutdun.
Səri kuyində məzari-məni-məhzuni görenSəri kuyində məzari-məni-məhzuni görenTutar ol dilbəri-peymanşikəni xuni, gören?
Sufi saf olduğunu sağərü səhba nə bilir?Sufi saf olduğunu sağərü səhba nə bilir?Düşməyibdir yolu meyxanəyə əsla nə bilir?
Sübhdəm badi-səba türreyi-xubanə dəyərSübhdəm badi-səba türreyi-xubanə dəyər,Götürüb nəkhətin ondan sonra yüz yanə gəyər.
Стихи других поэтов · О любви
موج را در بیقراریها نباشد اختیار
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Mən bilirdim qorxuludur böyük eşq…Çoxdan idi gözləyirdim bu günü,Mən bilirdim bunu belə olacaq…