Səri kuyində məzari-məni-məhzuni gören
Səri kuyində məzari-məni-məhzuni görenTutar ol dilbəri-peymanşikəni xuni, gören?
Mütləqa əzmi-təmaşayi-gülü sərv etməzArizi-alə baxan, qaməti-mövzuni gören.
Gənc əfi yatağı olmağına bəsdi güvah,Dövri-hüsnündə onun həlqeyi-göysuni gören.
Küfri-zülfinə uyub bir sənəmə taət edər,Danışıb badi-səbayə dili-məluni gören.
“Rəhm qıl canına, obruyi-xəmə meyl etmə!” –Qan ayağında sənə çox dedi ol “nun”i gören.
Tutmadım pəndi-xirədmənd, özümdən düşdü,Daşlar indi məni-ohvali-digərguni gören.
Tökülüb nəqdi-sirişkim çölə xərmən-xərmən,Birə yüz fərq tutar məxzəni-Qaruni gören.
Qalmışam fərd, tapılmaz mana həmdərd, durub,Taparammı arasam Vamiqü Məcnuni gören?
Rövnəqi-eşq pozuldu, bilirəm xublərəBağlamaz bel dəxi bu Zakiri-məğbuni gören.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-seri-kuyinde-mezari-meni-mehzuni-goren
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər aşiqin bir yarı var,Əlamətdi mənim yarım.
Hüsnün sultanı gözlərəHüsnün sultanı gözlərəTamam xanü paşa qurban.
Qələtdir qocaya novcəvan sevməkQələtdir qocaya novcəvan sevmək,Sevgi sevgisinə bərabər gərək.
Könül, baxa-baxa rüxi-zibayəKönül, baxa-baxa rüxi-zibayəGözündə qüvvəti-bəsər qalmamış.