Şe'r inciləri
Firişteyi-ilhamə
Gözəlliyin sənə bəxş eyləmişdir istiğna,O çöhrənə yaxışır, şübhəsiz, nürürü ğina.
Bu nazənin duruşun bənzəyir o tairə kim,Bir əl uzansa ona, eyləyər fərari-səma.
O sayğısız baxışında nədir bu cazibələr,Qapıb da könlümü aldı misali-kəhrüba.
Bu hüsnü anına məğrursan, bunu bilirəm,Zəkati-hüsn verilməzmi, ey behiştliqa?
İtab etsə də çeşmin, həqiqətən yeri var,Kitabi-ruyunu öpməkdədir gözüm zira.
Əgərçi dəhrdə vardır cahan-cahan asar,Fəqət üzündür, a dilbər, mütaliətə səza.
Nəcib ülvi bir eşqin dilim səhifəsidir,İnan bu sözlərimə, ey vücudi-müstəsna!
Kitabələr əsəri-xamədir, fəqət sən bir –Səhifəsən ki, onu qüdrət eyləmiş təhrir.
Kitab sözləri gözlərlə, ey qadın, oxunar,Sənin də səfheyi-rüxsarını dodaq anlar.
Nasıl, bu rəmzimi fəhm eylədinmi, sevdiciyim?Mənim behiştirüxüm, ey mənim gözəl çiçəyim!
Qaliça, şəhəri-Lemberq, 24 noyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-se-r-incileri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məzhəkəli şe'rlər*Nədir bu qövğa dünyadə, eyvah?!
Hər gülşəndən bir çiçəkNuhun nübüvvətin edər inkar əhli-cəhl,Gavə sitayiş etməyi ürfan hesab edər.
İlhami-XəyyamÖmər Xəyyam ki, mədəni və dühaşünas olan millətlərin tarixində, tarixi-ədəbiyyatında xeymezəni-əzəmət və ehtişam olmuşdur, Xəyyam zindənamdır, əbədhəyatdır, cavidani bir diriliyə malikdir...Şirvanın, o şəhri-viranın, o xaki-xüsrannişanın laqeyd və laübalı şairi, şairi-əzimüşşə'ni deyir ki:
Beşikdən məzara qədər bəşərin əhvalıBir xeyli zaman tifl yatar həbsi-şikəmdə,Ordan atılır dəhrə xilas olduğu dəmdə.
Стихи других поэтов · О любви
هزار بوسه ز کنج لب پیاله بگیر
گویمت پندی همه گوش و تمام ادراک باشخواستی در چشم دشمن خاک باشی خاک باش
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,