Baharın ilhamları və ictimai rəmzlər
Tə'siri əyan olmadadır fəsli-baharın,
Şad eyləyəcək dilləri əlhani həzarın.
Cəh-cəh edəcək şairi-mürğani-xoşəlhan,
Bu nəğməyə qarşı rüxi-gül olmada xəndan.
Çünki gəliyor ərzimizə eydi-təbii,
Dünya geyəcək kisveyi-səbzini-rəbii.
Canlandıracaq torpağı ərvahi-bahari,
Ciddən nigəhəfruzdur əlvahi-bahari.
Aləmdə zühur etmədədir nəş'əti-üxra,
Bir nəş'əti-üxra ki, səzavari-təmaşa.
Bir nəş'əti-üxra ki, təbiətdə əyandır,
Gülzardə, əzhardə, fitrətdə əyandır.
Simayi-dirəxşəndeyi-xurşidi-səmadən –
Nur əmdiyi üçün doğacaq dilbəri-gülşən.
Əş'ar oxuyur pişgəhi-qönçədə bülbül,
Guya ki, deyir qönçəyə: ey qönçə, açıl, gül!
Gül, gül, mənə ilham qıl əş'areyi-rəngin,
Dərpərdə nəçin qalmalı rüxsareyi-rəngin?!
Güllər açılır səhneyi-səbzin çəmənində,
Parlar o çiçəklərdə birər xəndeyi-zində,
Rüxsari-güli bus ediyor xəndeyi-əhmər,
Ey güldəhənim, sən nə üçün böylə mükəddər?!
Hala da tülu' etmədimi fəsli-baharın?!
Ey canlı çiçək, örtülü qalsınmı üzarın?!
Aç çöhrəni, ey çöhreyi-məsturi-füsunkar,
Ey qönçədəhən, açmağa layiqdir o rüxsar.
Hər şeydə əyan nəş'əti-üxrayi-təbii,
Bürhanı bunun: fəsli-dilarayi-təbii.
Ya səndə nəçin yox belə bir nəş'əti-üxra?
Ey “Gülruxum”, ey “Cənnət”im, ey ruyi-“Gülara”!
Şair də sənin bülbülün, amma ki, sükundar,
Göstər üzünü, xəm edəyim mən dəxi əş'ar.
“Güllər” açacaq olmaz isə bülbül önündə,
Bülbül yaradar zənn edəməm nəğmeyi-zində.
Ey şe'r pərisi, yetər artıq o niqabın,
İştə o niqabın, bu hicabın, şu səhabın!
Bakı, 6 aprel
Ey pərdeyi-mənhusdə qalmış güli-zində!
Ey dəfn edilən canlı ikən örtü içində!
Söylənsə səzadır sənə “mədfuneyi-ziruh”,
Daim sənə mail, sənə mail dili-məcruh.
Bir ateş olaydım da, yaxaydım o niqabi,
İştə şu niqabi, şu hicabi, şu səhabi!
Parlardı o gün gülşəni-rüxsareyi-alın,
Qərq eylər idi yurdumuzu nurə cəmalın!
Sənsiz olamaz nəş'əti-üxra bu vətəndə,
Sənsiz olamaz tairi-xanəndə çəməndə!
Ey canlı çiçək, örtüyü at, ruyunu göstər!
Bir cənnəti-hürriyyətə dönsün də bu yerlər!
Biz də olalım əhli-behişt, ey üzü cənnət,
Artıq yetər, artıq yetər artıq bu əziyyət!
Şərq aləmi sənsiz əbədiyyən görəməz nur,
Ey çöhreyi-fəyyaz olan, ey dilbəri-məstur!
Ey canlı işıq, canlı günəş, tərki-səhab et!
Artıq yetər, ey “Nuri-cəhan”, tərki-niqab et!
Sən çöhrəni aç, mən olayım bülbülün, ey gül!
Sənsiz açamaz millətimin, bil ki, bahari,
Gizlətmə, “Səmənrüx”, o behiştanə üzari!
Güllər açılır – işte bu qanuni-təbiət,
Ya sən nə üçün pərdədə, ey qönçeyi-cənnət?!
Ey qönçeyi-cənnət, açıl, ey huriyi-səhhar,
Olsun vətənim çöhrən ilə qərqeyi-ənvar.
Sənsiz bu vətən görməyəcək nəş'əti-üxra,
Ey pərdeyi-müzlimdə qalan “Zəhreyi-Zəhra”!
Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-baharin-ilhamlari-ve-ictimai-remzler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həmişə yaxşılıq baş verməli insan olanlardan,Yamanlıq sadir olmaz rəhbəri vicdan olanlardan.
Acı həqiqətlər qarşısında dadlı xatirələrÇox bağırdıq ki, nisanın da böyük xidməti var,Rolu var, qulluğu var, güclü əhəmiyyəti var.
ƏməlƏməl bir nurdur, yə's isə bənzər tibq zülmətə,Bu oylə bir həqiqətdir ki, hacət yoxdur isbatə.
BəşərBəşər! Ey canlı bir hikmət, böyük qüdrətlərin vardır,Böyük əqlin, böyük fikrin, böyük qüvvətlərin vardır.
Стихи других поэтов · О природе
Bir ah çəkdim, sinəm üstə dağ düşdü,Dilimin hər yana sədası getdi.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
BitirAşıq, gəl bir söz yazanda,Zidininə get sətir-sətir.
Qəzəl: Gərçə gün kimi olub pak nəzərlər gustaxGərçə gün kimi olub pak nəzərlər gustaxQarşı durmaz sənə ayinə kimi hər gustax