Çox bağırdıq ki, nisanın da böyük xidməti var,Rolu var, qulluğu var, güclü əhəmiyyəti var.Çox bağırdıq ki, qadınlar da işıqlansınlar,Dirilik aləmini anlayaraq qansınlar.Çox bağırdıq ki, qaranlıqda qalırsa nisvan, –Gələcək aləmimiz olmayacaqdır taban.Bir işıqlı dirilik sizlər üçün lazım isə, –Salmayın cinsi-lətifi o qaranlıq qəfəsə.Çox bağırdıq ki, xanımlarda da ürfan olsun,Mə'rifət nuri ilə canları rəxşan olsun.Dirilik aləminə ər kimi çıxsın nisvan,Bunu fəhm etməmişik, sonrası qayətdə yaman.Çıxıb onlar da bu dünya işığın görsünlər,Aləmi anlayaraq yaxşı ömür sürsünlər.Çox bağırdıq qadının qiymətini anlayalım,Hörmət istərsək əgər, hörmətini anlayalım.Qadın alçaqda yaşarsa kişi ali olmaz,Şübhə yoxdur ki, qadınsız da təali olmaz.Çox bağırdıq ki, gəlin düşməni-nur olmayalım,Dirilik yollarını görməli, kur olmayalım.Erkəyin xidməti varsa, qadının da işi var,Yurdumuzda bunu qanmış əcəba qaç kişi var?Çox bağırdıq ki, qadın valideyi-millətdir,Ana bədbəxtliyi oğlu üçün zillətdir.Necə razı olur övlad ananın zillətinə,Ya nasıl əngəl olur da ana hürriyyətinə?Daima zülmətə məhkum isə mədərlərimiz, –Pərtəvəfruzi-təkamül ola bilməz fərimiz.Çox bağırdıq, az idi dinləyən avazımızı,Susduran pək çox idi nəğmeyi-iqazımızı.Çox bağırdıq tələbi-vəqtə itaət edəlim,Qəflətə batmayalım, dərki-həqiqət edəlim.Anlamış olduğumuz hikmətı təkrar etdik,Əlimizdən gələni millətə iş'ar etdik.Anlamışdıq gələcəkdə qadının xidmətini,Biaman vəqt də anlatdı əhəmiyyətini.Fikrimiz doğru imiş ki, onu canlatdı zaman,Çox acı təcrübələr bizlərə anlatdı zaman.Şimdi vəqt anladıyor ki, qadının xidmətini,Bu vəzaifini, dünyadə əhəmiyyətini.Çox çətinləşdi bu günlər yaşamaq dünyadə,Daha müşküləşəcək bilməliyiz fərdadə.Dirilik şeyləri gündən-günə olmaqda baha,Neyləsinlər bu zamanlar qadınlar əcəba?Ya nə yapsın bu gün evlərdə qalan örtülülər,Başqa tə'bir ilə yə'ni ki, o canlı ölülər?Təninin nisfi məəttəl yaşayanlar, heyhat,Görəməzlər yerin üstündə ki bir dadlı həyat!..

Proskurov, 21 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов