Bəşər! Ey canlı bir hikmət, böyük qüdrətlərin vardır,Böyük əqlin, böyük fikrin, böyük qüvvətlərin vardır.

Dimağın bir xəzinə, yə'ni bir gəncineyi-əfkar,Tükənməz, bitməz, işte bitsə də, bitməz olan əbhar!

Sənin sən'ətlərin ciddən tənahinapəziradır,Sənin nami-büləndin, ey bəşər, ülviyyətaradır.

Kiçik bir varlığın vardır, böyükdür lakin idrakın,O göylərdən də yüksəkdir sənin ruhani əflakın.

Dənizdə torpağı minqadi-fərman eylədin, indi –O yüksək göylərə açmaqdasan şəhbali-ümmidi.

Sənin məfkurən, ey insan, demək ki, sığmayır xakə,Onun üçün də çıxmışsan şücaət ilə əflakə.

Yeri, dəryanı, təsxir eyləmişdin, indi var balın,Əvət, bundan da yüksəkdir sənin şəhbali-iqbalın.

Təkamülyabi-fikr olduqca, ey səyyari-cür'ətkar,Təbiət sinəsində indilik məstur olan əsrar –

Birər ərzi-cəmal eylər, çıxarlar səhni-dünyayəOlursan hakimi-mütləq təmamən ruhi-əşyayə.

Proskurov

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов