Başdan-başa bir kölgə bürünmüş kimi aləm,Üzlərdə nümayan oluyor sayeyi-matəm.Bir məqbəri-barid kimi durmuş bu mühitat,Əhvali-həyatiyyə bunu eyləyir isbat.Əğyar həzin, yar həzin, hal qəmavər,Hər yerdə görünməkdə qəmaludə nəzərlər.Bir parlaq olan atiyə mə'tufdur ənzar,Ati isə ərz eyləmir arayişi-əflak,Həp qanlar içində yenə də xaki-siyəhnak.Göylər yenə üslubi-qədimində dirəxşan,Ulduzları həp şəm'eyi-ülviyyəti-taban.Yoxluqda gəlir gözyumulu xakin içində,Ənzari-kəvakib açıq əflakın içində.Xurşid isə bir ayeyi-nəvvareyi-aləm,Məzlum bəşəriyyət yenə avareyi-aləm,Avareyi-aləm, əvət, avareyi-mütləq,Olmaz bu təbiətlə kəmalata müvəffəq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов