Ey namə, sən ol kuyi-vəfadənmi gəlirsən?Ey peyki-bəşarət, o səmadənmi gəlirsən?

Könlüm açılır namənə baxdıqca, a yarım,Ləbrizi-sürur olmadadır qəlbi-figarım.

Məktubmudur, qönçəmidir baği-vəfadən?Güldür qoparılmış o çəmənzari-səfadən.

Əhsən, nə çiçək, nikhəti canbəxşi-rəvandır,Övraqi-lətifənəsi vecdaveri-candır.

Naməm mənə təbşir ediyor sübhi-vüsalı,Məs'ud olaram, ah, görərsəm şu cəmalı!

İştə sənə bir qönçeyi-naçizi cinanın,Al, qoxla, təsəlli tapa qəmdidə rəvanın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви